Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2021
15:25
Sentyabrdan məktəblərdə COVID-lə bağlı yeni qaydalar tətbiq olunacaq

"Report" İnformasiya Agentliyi təhsli işçilərinin vaksinasiyası ilə bağlı araşdırma aparıb. Məlum olub ki, ümumi təhsil müəssisələrində çalışan 220 mindən artıq müəllim və texniki heyətin 155 min nəfəri vaksin olunub.

Həmin təhsil müəssisələrində çalışan 34 min nəfər isə əks göstəriş arayışı ilə vaksin olunmayıb. Eləcə də peşə təhsili müəssisələrində çalışan 4 500-dən artıq işçi heyətin 3 300-dən çoxu vaksin olunub. Onlardan 685 nəfəri isə əks göstəriş arayışı ilə vaksin olunmayıb.

Orta ixtisas təhsili müəssisələrində çalışan 8 000-dən artıq işçi heyətin 4 800-dən çox əməkdaşı vaksinasiya prosesindən keçib. Onlardan 1 700 nəfərdən çoxu isə əks göstərişlə vaksinasiya olunmayıb.

Ali təhsil müəssisələrində çalışan 25 mindən artıq pedaqoji heyətin, demək olar ki, yarıdan çoxu, 13 minə nəfər yaxını vaksin olunub. Bu heyətin 5 500 nəfəri isə əks göstərişlə vaksinasiya prosesindən kənarda qalıb.

Beləliklə, təhsilin bütün pillələri üzrə 267 mindən artıq pedaqoji heyətin 67 faizi, yəni 180 min nəfəri vaksin olunub. 33 faizi isə bu və ya digər səbəbdən vaksinasiyadan keçməyib.

Dünyanın bir çox ölkəsinin təcrübəsi onu deyir ki, ənənəvi təhsilə qayıdış üçün əsas şərt vaksindir. Bizim də apardığımız müşahidələr belə deməyə əsas verir ki, sentyabrda məktəbə daha rahat qayıtmağın əsas yolu vaksinləşmə olacaq. Necə deyərlər, vaksinin var, buyur üzbəüz təhsilə. O cümlədən, maraqlıdır ki, minlərlə əks göstəriş arayışı həqiqəti nə dərəcədə əks etdirir? Yaxşı jurnalist araşdırması mövzusudur.

Bir çox ölkənin qaydasına görə, COVID pasportu olmayanlar sinif və auditoriyalara buraxılmır. Görəsən, Azərbaycanda bu praktika tətbiq olunacaqmı? Biz hələ tələbələrin vaksin olunmasından danışmırıq. Bununla bağlı statsitika bizə yüksək rəqəmləri demir. Belə ki, tələbələrin vaksin olunması ilə bağlı fazi göstəriciləri çox aşağıdır. Tələbələr #TəhsilÜçünVaksinasiya prosesinə niyə qoşulmur? Bu sualın özü yeni tədris ili üçün daha maraqlı səslənir.

Azərbaycanda növbəti tədris ilində COVID prosedurları ilə bağlı yeni qaydalar hazırlanacaq. Görəsən, dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində tətbiq olunan COVID pasportu bizdə də gerçək olacaqmı? Bu suala cavab tapmaq üçün yalnız gözləməliyik...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
287

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
236

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
281

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
314

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
276

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
456
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 06:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru