Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2021
10:25
İbrahim Rəisi Maduro ilə telefonla danışdı

Venesuela prezidenti ilə İranın yeni seçilmiş prezidenti telefon təmasında qarşılıqlı əlaqələri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

Mehr xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro rəsmi tvitter səhifəsində yazıb.

Venesuela prezidenti İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə telefon təmasında qarşılıqlı əlaqələri, onun möhkəmləndirilməsi yollarını, habelə "beynəlxalq imperializmin iki xalqa qarşı ədavətli addımları ilə mübarizə yolları"nı müzakirə etdiyini yazıb.

Qeyd edək ki, İran son illərdə ABŞ-ın sərt sanksiyalarına məruz qalan Venesuelaya davamlı şəkildə yanacaq daşıyaraq bu ölkəyə yardım göstərib. Cari ayın əvvəlində İranın iki hərbi gəmisi Venesuela istiqamətində yola düşüblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

31

İyul
14:23
HƏRB
866
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-08-2021 18:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru