Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2021
14:00
Pandemiyaya görə sahibkarlara 50 milyon manata yaxın subsidiya verilib

Bu il mayın 31-nə qədər Azərbaycanda dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1 026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.

Bu barədə  İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.

Məlumata görə, mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4 497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib.

Sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yardımlı meşəsində yanğın başlayıb

02

Avqust
17:00
HÜQUQ,HADİSƏ
310

Sabah Bakıda 38 dərəcə isti olacaq

02

Avqust
13:10
ÖLKƏ
365

DYP sürücülərə müraciət edib

02

Avqust
12:45
NƏQLİYYAT
370
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-08-2021 22:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru