Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2021
13:33
Nazirlik: 700-dək qaziyə əlillik dərəcələri təyin olunub

Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi işləri davam edir. Bu günədək artıq 700-dək qaziyə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, komissiya tərəfindən onlar səyyar formada əyani müayinədən keçirilib. Qazilərin sənədləri sürətlə rəsmiləşdirilərək e-sistemə daxil edilməklə və hərbi həkim komissiyalarından şəhadətnamələr təqdim edildikdən sonra yekun mərhələ kimi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onların əlilliklərini qiymətləndirir.

Əlillik təyinatı aparıldıqdan sonra bununla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, elektron sistem üzərindən təyin olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
629

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
676

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
600

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
791
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 04:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru