Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2021
20:00
DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu ərazisində yerləşən “Etalon” yaşayış kompleksində kütləvi dava baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bununla əlaqədar Yasamal Rayon 29-cu Polis Şöbəsində araşdırma aparılıb:

“Müəyyən olunub ki, həmin dava iyunun 15-də, gecə saat 23:00 radələrində baş verib.

Onu da qeyd edək ki, orada heç bir kütləvi davadan söhbət gedə bilməz. İki nəfər mübahisə edib, binada yaşayan bəzi qonşular isə onları sakitləşdirmək üçün aşağı düşüb.

Həyata keçirilən tədbirlərlə həmin şəxslərin hər ikisinin şəxsiyyəti dəqiqləşdirilib. Onlardan biri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir,  qısa zamanda həmin şəxsin saxlanılması da təmin ediləcək. Müvafiq araşdırmalar aparılır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yardımlı meşəsində yanğın başlayıb

02

Avqust
17:00
HÜQUQ,HADİSƏ
335

Sabah Bakıda 38 dərəcə isti olacaq

02

Avqust
13:10
ÖLKƏ
375

DYP sürücülərə müraciət edib

02

Avqust
12:45
NƏQLİYYAT
387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-08-2021 23:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru