Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2021
11:59
Ölkədə məşğul və işsiz əhalinin sayı açıqlandı

2021-ci il iyun ayının 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 268,8 min nəfər olub.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onlardan 4 milyon 908,2 min nəfərini məşğul əhali təşkil edib ki, bu da illik müqayisədə 0,1 faiz, aylıq müqayisədə isə 0,2 faiz çoxdur.

Bildirilib ki, iyun ayının 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 678,4 min nəfər olub ki, illik müqayisədə 0,1 faiz artım, aylıq müqayisədə isə 0,1 faiz azalma qeydə alınıb.

İqtisadiyyatın dövlət sektorunda 913,6 min nəfər fəalliyyət göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz, aylıq müqayisədə isə 0,2 faiz azalma müşahidə olunub.

Qeyri-dövlət sektorunda isə 764,8 min nəfərin fəaliyyət göstərdiyi müəyyənləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz, əvvəlki ayın nəticələri ilə müqayisədə 0,1 faiz çoxdur. Bu da özəl müəssisələrin işə qəbul prosesində daha çox aktivləşdiyini göstərir. 

Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645,7 min nəfər çalışıb. 2021-ci ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 143,4 saat təşkil edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yardımlı meşəsində yanğın başlayıb

02

Avqust
17:00
HÜQUQ,HADİSƏ
315

Sabah Bakıda 38 dərəcə isti olacaq

02

Avqust
13:10
ÖLKƏ
365

DYP sürücülərə müraciət edib

02

Avqust
12:45
NƏQLİYYAT
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-08-2021 23:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru