Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2021
12:25
Magistraturaya qəbul imtahanının II cəhdinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il mayın 26-da keçirilmiş qəbul imtahanının II cəhdinin nəticələrini elan edib

DİM-dən Faktxəbər-ə verilən məlumata görə,bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 14693 bakalavrdan 265 nəfəri imtahana gəlməyib. İmtahanda göstərilən ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qrupları üzrə 30, 40, 45 və ya 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var). Jurnalistika üzrə magistr ixtisaslaşmalarının və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarının müsabiqəsində iştirak etmək üçün qəbul imtahanının müsabiqə şərtlərini ödəməklə yanaşı, qabiliyyət imtahanı verib məqbul qiymət almaq tələb olunur. Həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrlar 2021-ci il iyunun 1-dən 6-dək DİM‑in internet saytında qabiliyyət imtahanında iştirak etmək üçün elektron qeydiyyatdan keçməli və DİM tərəfindən elan olunan tarixdə qabiliyyət imtahanı verməlidirlər.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 iyun 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 29 - 31 may 2021‑ci il tarixlərində DİM-in internet saytında yerləşdiriləcək elektron apellyasiya ərizəsini doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya zamanı bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
250

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
140

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
335

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
250

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
280

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
220

Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür

20

Oktyabr
09:16
BÖLMƏNİ DÜZ SEÇ!
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 16:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru