Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2021
11:17
Hacı Şahin Həsənli: `Bu gün yuxularımızın gerçəkləşdiyi gündür`

"Bu gün bayram bayrama qarışıb. Çünki bu gün biz müqəddəs torpağımız olan Şuşada bayram namazı qılırıq. Bu, çox böyük tarixi hadisədir".

Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı mərasimində deyib.

"Biz bu günlərin həsrəti ilə yaşamışıq. Biz gecələr yuxularımızda bu məsciddə ibadət etdiyimizi görürdük. Bu gün yuxularımızın gerçəkləşdiyi gündür. Həqiqətən də hissləri ifadə etmək mümkün deyil. Artıq Şuşada quruculuq işləri başlayıb və Şuşaya əsl sahibləri qayıdıb. Azərbaycan xalqı öz ərazisində yaşayan bütün din təmsilçiləri ilə mehribandır", - o əlavə edib.

Qeyd edək ki, Şuşada 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
411

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
456

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
878

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
827
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 21:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru