Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2021
14:09
Ayətullah Xamenei: `Sionistlər yalnız güc dilini başa düşür`

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei iranlı tələbələrin həmkarlar ittifaqı nümayəndələri qarşısında videokonfrans formatda çıxışı zamanı İsrailin bir neçə gün ərzində Əqsa məscidi və Qəzzada törətdiyi cinayətlərə münasibət bildirib. 

Bu barədə İSNA agentliyi məlumat yayıb. 

Ali liderin sözlərinə görə, sionistlər yalnız güc dilini başa düşür:

“Onların Əqsa məscidində vəhşicəsinə etidyi cinayətlər dünyanın gözü önündə baş verir. Buna görə, hər kəs öz öhdəliyinə əməl edərək, bu cinayətləri pisləməlidir. Sionistlər güc dilindən başqa bir dili anlamırlar. Məhz buna görə, fələstinlilər müqaviməti daha da artıraraq, onları vəhşi addımlarını dayandırmağa məcbur etməlidir."

Əfqanıstanın paytaxtı Kabildəki qızlara məxsus məktəbdə partlayışa münasibət bildirən Ayətullah Xamenei vurğulayıb:

“Əfqanıstanda baş vermiş hadisə ürəkyandırandır. Cavan qızları şəhid ediblər. Allahın lənəti olsun özünə bu qədər günahsız insanları öldürməyi mübah bilən kəslərə." 

Məqalədə : Ayətullah Xamenei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
90

Birinci siniflərə məktəb seçimi başlayıb

24

İyun
11:52
ELM / TƏHSİL
120

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

24

İyun
10:47
İQTİSADİYYAT
280

Bakıda 40-a yaxın məktəbin direktoru yoxdur

24

İyun
10:12
ELM / TƏHSİL
897

Neftin qiyməti artıb

24

İyun
09:24
İQTİSADİYYAT
958

AMB-nin valyuta məzənnələri

24

İyun
09:13
İQTİSADİYYAT
862
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 13:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru