Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2021
12:28
`Deputatların maaşı müəllim və həkimlərinkindən yaxşı olmamalıdır`

“Qanunverici hakimiyyətlə icraedici hakimiyyətin səlahiyyətlərini qarışdırmağa ehtiyac yoxdur. Deputatların öz işlərini həyata keçirmək üçün kifayət qədər səlahiyyətləri var. Yəni deputatların ən əsas işi seçicilərin problemlərinin həllidir. Eyni zamanda, onların vəziyyətlərinin yaxşılaşdırılmasıdır”. 

Bunu Modern.az-a deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Deputatların maaş məsələsindən danışan millət vəkili bildirib ki, deputatlar icra strukturları və hökumət üzvlərinə sorğu göndərmək, ölkədəki müvafiq məsələlərlə bağlı ümumi vəziyyəti öyrənmək səlahiyyətlərinə və ona təsir etmək imkanlarına  malikdirlər:

“Hakimiyyət bölgüsünə diqqətlə yanaşmaq lazımdır. Deputatlar icra funksiyalarına malik deyillər. Onlar qanunvericilik funksiyaları ilə yanaşı, müəyyən qədər körpü rolunu da oynayır.

Seçicilərin şikayətlərini ifadə etmək imkanlarına malikdirlər. Mənə elə gəlir ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır. Onlar uyğunlaşmalıdır. Bu, ölkənin orta maaş səviyyəsi ilə bağlıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
627

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
672

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1099

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1043
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 22:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru