Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2021
14:41
Yol polisindən sürücülərə katalizatorla bağlı ÇAĞIRIŞ

Son günlər “Toyota Prius” markalı avtomobil idarə edən sürücülər yol polisinin onları cərimə etməsindən şikayət edir.

Bildirilib ki, bu tipli nəqliyyat vasitələrinin əksəriyyətinin katalizatoru olmadığı üçün yol polisi bunu aşkar edir və sürücülərə cərimə yazır.

Sürücüləri narahat edən məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülərin nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır:

“Bu isə inzibati xəta tərkibi yaradır. Bu tipli avtomobillərin istismarı yolverilməzdir. Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır”.

“Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması dövlət proqramı səviyyəsində təmin edilirsə, hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik”, - deyə V.Əsədov qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 43 dərəcə isti olacaq

24

İyun
12:52
ÖLKƏ
90

Birinci siniflərə məktəb seçimi başlayıb

24

İyun
11:52
ELM / TƏHSİL
120

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

24

İyun
10:47
İQTİSADİYYAT
280

Bakıda 40-a yaxın məktəbin direktoru yoxdur

24

İyun
10:12
ELM / TƏHSİL
897

Neftin qiyməti artıb

24

İyun
09:24
İQTİSADİYYAT
958

AMB-nin valyuta məzənnələri

24

İyun
09:13
İQTİSADİYYAT
862
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 13:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru