Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2021
10:35
Azərbaycandan beynəlxalq ictimaiyyətə “Metsamor”la bağlı ÇAĞIRIŞ

Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada deyilir:

“Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla həmrəyliyimizi ifadə edirik.

1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciə idi. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi və 4000-27000 arası insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr məsafədə yaşayan bir çox insan fəlakətdən sonra radiasiyadan xəstələndi.

Azərbaycan bəzi ölkələrlə birlikdə əraziyə 7000-dən çox xilasedici və digər şəxsi heyəti göndərərək qəzanın nəticələrinin azaldılmasında fəal iştirak etmişdir. Azərbaycan qəzadan zərər çəkmiş təqribən 7000 nəfəri müvəqqəti qəbul edib və onları lazımi reabilitasiya və müalicə ilə təmin edib. Azərbaycan çox böyük insan itkiləri ilə üzləşib, hazırda Azərbaycanda təxminən 5000 nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkir. O vaxtdan bu günədək Çernobıl qəzasından təsirlənən təxminən 2000 vətəndaş vəfat edib.

Çernobıl qəzası nüvə sənayesinə böyük təsir göstərdi və təhlükəsizlik sahəsində əməkdaşlığın artmasına və yeni hüquqi sənədlərin qəbul edilməsinə səbəb oldu. Ən əsası qlobal diqqəti təhlükəsizliyə və bu dəyişikliklərə nail olmaq üçün insan və təşkilati amillərin əhəmiyyətinə yönəltdi. Bu fəlakətin geniş miqyaslı təsiri sübut etdi ki, atom elektrik stansiyalarının təhlükəsizliyi yalnız yerləşdikləri dövlətləri deyil, potensial risklərdən zərər çəkə bilən ətraf ölkələri də narahat etməlidir.

Bu çərçivədə Ermənistandakı “Metsamor” AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi “Metsamor”u dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan “Metsamor” AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir.

2020-ci ildə Avropa İttifaqı növbəti dəfə Ermənistanı AES-i bağlamağa çağırdı və qeyd etdi ki, “nüvə zavodu beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına tam cavab verəcək şəkildə təkmilləşdirilə bilməyəcək və bu səbəbdən də onun qısa zamanda bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur”.

“Metsamor”un istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır.

Bundan əlavə, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq hadisələrinin təkrarlanması, zavodun və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar yaradır.

Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və “Metsamor” AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
135

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
535

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
495

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
717

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
698

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
698
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 12:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru