Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2021
11:57
Dünya Bankı qızılın qiyməti üzrə proqnozunu açıqlayıb

Dünya Bankının son proqnozlarına görə, 2021-ci ildə qızılın bir unsiyasının orta qiymətinin 4% azalaraq 1 700 ABŞ dolları təşkil edəcək. Bu qiymət ötən proqnozla (oktyabr ayı) müqayisədə 2% azdır.

Bu barədə Dünya Bankının yenilənmiş proqnozunda deyilir.

Qeyd olunur ki, 2022-ci ildə qızılın qiyməti bir qədər də azalaraq 1 600 dollara enəcəyi güman edilir. Bu, oktyabr proqnozu ilə müqayisədə 3,5% azdır. Uzunmüddətli proqnozlar 2023-cü ildə metalın qiymətinin 1 550 dollara qədər enəcəyini istisna etmir.

Dünya Bankı qeyd edir ki, cari ilin I rübündə ABŞ xəzinə qiymətli kağızlarının real gəlirliyinin artmasında sonra maliyyə investisiyalarının həcminin azalması səbəbindən sözügedən qiymətli metalın dəyəri 4% azalıb. Tədarükə gəldikdə, banka görə, qızıl hasilatı COVID-19 məhdudiyyətlərindən sonra bərpa olunur və qiymətlərin istehsal xərclərindən xeyli yüksək olduğu üçün 2022-ci ilə qədər istehsalın genişlənəcəyi gözlənilir.

Bundan əlavə, qlobal iqtisadi bərpa fonunda digər qiymətli metalların – gümüş və platinin bahalaşması müşahidə olunur. Bununla birgə, qlobal iqtisadi artımının sayəsində sözügedən metalların sənayedə daha geniş istifadəsi eləcə Rusiya və Cənubi Afrikada tədarükdə dayanmalar gümüş və platinin qiymətinə təkan verir.

Dünya Bankının yenilənmiş proqnozlarına əsasən, gümüşün bu il ortalama qiyməti 22% artaraq 1 unsiyaya görə 25 dollar, 2022-ci ildə isə bir qədər də azalaraq 22 dollara enəcək. Platinin dəyəri bu il 24,6% artaraq 1 100 dollara, 2022-ci ildə isə 1 110 dollara yüksələcək.

Məqalədə : Dünya Bankı qızıl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
305

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
236

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
376

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
622
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 16:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru