Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2021
09:44
Bayden ABŞ-da 51-ci ştat yaradır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Kolumbiya federal dairəsinin 51-ci ştata çevrilməsini rəsmi olaraq dəstəkləyib.

Bu barədə “The Washington Times” nəşri yazır.

“Həddindən artıq uzun müddətdir ki, Kolumbiya dairəsinin Vaşinqton şəhərinin 700 mindən çox əhalisi ABŞ Konqresində tam təmsil olunmaq hüququndan məhrumdur”, – ABŞ büdcə və idarəetmə siyasəti idarəsinin açıqlamasında deyilir.

Kolumbiya dairəsinin əhalisi Vermont və Vayominq ştatlarının əhalisindən sayca çoxdur və onun sakinləri 22 ştatın əhalisindən çox federal vergi ödəyir.

Yeni administrativ vahid amerikalı vətəndaş hüquqları müdafiəçisi Frederik Duqlasın şərəfinə “Vaşinqton, Duqlas Birliyi Ştatı” adlandırılacaq.

Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının bu həftə Kolumbiya dairəsinin palatada bir nümayəndəsinin və Senatda iki senatorunun olmasını təmin edən qanunvericiliyə səs verməsi planlaşdırılır.

Bu arada respublikaçılar bu addıma qarşı çıxırlar. Onların fikrincə, bu addım demokratların Konqresdə gücünü artırmaq və öz iştiraklarını genişləndirmək cəhdidir.

Nümayəndələr palatası 2020-ci ildə də Kolumbiya dairəsinin ştata çevrilməsi haqqında qanun qəbul etmək istəyib, lakin həmin vaxt respublikaçıların nəzarətində olan Senat buna imkan verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
85

Təhsil naziri 4 direktoru işdən çıxardı

06

May
12:01
ELM / TƏHSİL
135

Brifinq başladı - Canlı yayım

06

May
11:59
ÖLKƏ
210

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
408

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
329
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 13:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru