Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2021
15:18
İran Səhiyyə Nazirliyi koronavirusa görə ölkədə iş yerlərinin iki həftəlik bağlanılmasını istəyib

İranın Səhiyyə Nazirliyi koronavirusun dördüncü dağlasının ölkənin böyük əksəriyyətini bürüdüyünü bildirib və hökumətdən zəruri sahələr istisna olmaqla bütün ölkənin iki həftlik tətil elan edilməsini istəyib.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi bu günkü mətbuat konfransında deyib.

O bildirib ki, artıq ölkənin bütün əyalət mərkəzləri və şəhərlərin 85 faizi koronavirusun təhlükəsilə bağlı təsnifata görə “qırmızı” və "narıncı” bölgələr hesab edilirlər.

O, hökumətdən istəyib ki, zəruri sahələr istisna olmaqla ölkədə bütün dövlət və qeyri dövlət sektorlarındakı iş yerlərinin iki həftəlik bağlanılması üçün addımlara başlasın.

İrəc Hərirçi bildirib ki, bu xəbərdarlığa əməl edilməsə, gündəlik ölüm sayı 600-ü keçə bilər.

Qeyd edək ki, bundan öncə İran rəsmiləri Novruz tətillərində səfərə çıxmamaqla bağlı xəbərdarlıq etmişdilər. Həsən Ruhani də ölkədə koronavirusun dördüncü dalğasının baş qaldırması ilə bağlı xəbərdarlıq etmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
261

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
145

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
340

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
255

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
285

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 17:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru