Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2021
10:21
AİP İmam Zaman(ə)-ın mövludu münasibəti ilə xalqımızı təbrik edib

Azərbaycan İslam Partiyası əzəmətli mövlud günü münasibətilə xalqımızı təbrik edir.

Faktxəbər bildirir ki, təbrikdə deyilir:

“Sabah, Şəban ayının on beşi dünya müsəlmanlarının böyük bayramı - on ikinci imamımız İmam Mehdi Sahib əz-Zaman (ə.f)-in mübarək mövlud günüdür. Bu əlamətdar və əzəmətli gün münasibətilə başda Vilayəti-Fəqih, dünya müsəlmanlarının dəyərli lideri Seyid Əli Xamnei Cənabları olmaqla şəhidpərvər müsəlman xalqları, o cümlədən əziz Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. 

İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şəban ayının 15-də Samira şəhərində müsəlmanların on birinci imamı Həsən Əsgərinin (ə) ailəsində dünyaya göz açmışdır. İmam Həsən (ə) şəhadətə yetişəndə Məhəmmədin beş yaşı tamam idi. Atasının meyit namazını Özü qıldı. Bundan sonra isə İmamın (ə.f) qeyb dövrü başlayıb. Allah təalanın ən böyük möcuzələrindən biri də məhz İmam Mehdinin (ə.f)  günümüzə qədər qeybdə ömür sürməsidir. Müqəddəs Qurani-Kərimdə vəd edildiyi kimi, İmamın nə zaman zühur edəcəyi heç kəsə bəlli deyil. Hədislərdən birində İslam Peyğəmbəri (s) belə buyurur: “Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.” Bu isə özlüyündə İslam dinində və müsəlman dünyasında intizar mədəniyyətinin əsasını qoydu.

İslamda intizar fəlsəfəsi mahiyyəti etibarı ilə haqqın dirçəlişi və batilin məhvi kimi dərin bir məntiqə bağlıdır ki, buna bütün peyğəmbərlər iman gətirib  və İlahi hikmətlərində zühurun vacibliyinin sübutunu bildiriblər. İntizar mədəniyyəti müsəlman xalqımızın da mənəviyyatına, həyat tərzinə və şüuruna hopmuşdur. Əhli-beyt (ə) əqidəsinə görə dünya, bəşəriyyət haqqa, ədalətə hamilədir. Düşünürük və əminik ki, müsəlmanlara, məzlum dövlət və xalqlara zülmün, təcavüzün sonu olmalıdır, həm də bu son yaxında və yetişməkdədir. İstilaçılar, qəsbkarlar, o cümlədən öz xalqına zülm siyasəti yürüdən hökmdarlar Yaradanın nəzərindən və cəzasından yan keçə bilməyəcəklər. 

Sizləri bu möhtəşəm mövlud günü münasibətilə bir daha təbrik edir, Uca Allahdan dünyanın haqq və ədalət təşnəsi xatirinə fərəc intizarımızı tezləşdirməyi, bizləri də Ağamızın əsgərlərindən qərar verməyi diləyirik”.

Məqalədə : AİP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün rekord sayda peyvənd vurulub

28

İyul
17:48
ÖLKƏ
306

Bayden: "Putin təhlükəlidir"

28

İyul
15:37
DÜNYA
335

SOCAR-ın idarə rəisi işdən çıxıb

28

İyul
14:52
ÖLKƏ
352

Gəncədə "patı" satan şəxslər saxlanıldı

28

İyul
12:39
HÜQUQ,HADİSƏ
273
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 09:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru