Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
13:25
Futzal üzrə Azərbaycan çempionatının taleyi Operativ Qərargahın qərarından asılı olacaq

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının taleyinə aydınlıq gəlməyib.

AFFA-nın İcraiyyə Komitəsi bu gün təşkil olunan videokonfransında konkret qərar qəbul etməyib.

Konfransda koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün başa çatdırılması müzakirə olunsa da, komitə üzvləri bir qədər də gözləmək qərarına gəlib. Buna səbəb Yüksək Liqanın pley-off mərhələsinin keçirilmə ehtimalıdır.

Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın müddətdə qapalı zalların açılması ilə bağlı qərar verməsə, o zaman mövsüm erkən başa çatdırılacaq və lider “Araz” çempion elan olunacaq. 

Qeyd edək ki, Yüksək Liqada 19 turdan sonra “Araz” 57 xalla turnir cədvəlinə başçılıq edir. “Marafon” və EKOL hərəyə 45 xalla 2-3-cü yerləri bölüşdürürlər. (apa)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
140

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
170

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
195
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 19:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru