Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2020
17:10
Tvitterdə `Samsung`u `öldürən` fotoşəkil paylaşılıb

Tvitter sosial şəbəkəsində fotoşəkil paylaşılıb. Onu "Samsung" smartfonuna yüklədiyiniz zaman cihaz bir müddət fəaliyyətini dayandırır.

Təbii mənzərəni özündə əks etdirən fotoşəkil "Ice Universe" ləqəbli istifadəçi tərəfindən yerləşdirilib. O, "Samsung" smartfonu istifadəçilərinə bu şəkli heç vaxt ekrana quraşdırmamaları barədə xəbərdarlıq da edib.

Şərhlərdə istifadəçilər təsdiqləyib ki, həqiqətən də bu fotoşəkili "Samsung" smartfonunun ekranına quraşdırarkən cihaz yenidən işə düşür, yanıb-sönməyə və açılmamağa başlayır.

Bunun səbəbləri məlum deyil. Tvitter istifadəçilərindən biri bu fotonun "Samsung" sisteminin emal edə bilmədiyi səhv rəqəmsal profil olduğuna dair fikirlərini bildirib.

Daha sonra nəşrin müəllifi "Samsung"un şərhə cavab verdiyini və təsvir olunan problemi həll etmək üçün çalışdıqlarını söyləyib.

Məqalədə : Samsung 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
100

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
580

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
597
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 10:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru