Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2020
16:26
Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?

"Ramazan ayında adambaşına fitrə zəkatı kimi iki kiloqram buğda, arpa, düyü, kişmiş və s. ərzaqların dəyəri qədər məbləğ ayırılmalıdır".

FaktXəbər bildirir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, məbləğ bazar qiymətləri ilə tənzimlənir:

“Amma QMİ bu məbləği şərti olaraq 10-15 manat müəyyən edib. Bu məbləğ az və ya çox da ola bilər. İnsanların imkanına baxır. Bu məbləğ ailədəki şəxslərin hər biri üçün ayrı çıxarılmalıdır. Fitrə zəkatını bayram namazına kimi hər bir insan özü ehtiyacı olan və yoxsullara çatdırmalıdır”.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Şəvval ayının 1-i, Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. 

Məqalədə : Ramazan fitrə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
50

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
120

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
165
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 17:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru