Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2020
11:13
Dinozavrların yeganə ölüm səbəbi açıqlanıb

Dinozavrların yox olmasına vulkanik fəaliyyətdən daha çox, nəhəng bir meteoritin düşməsi səbəb olub. 

"Phys.org" portalının xəbərinə görə, bu qənaətə ABŞ-dakı Yale Universitetinin alimləri gəliblər.

Paleoklimatoloqlar müəyyənləşdiriblər ki, ətraf mühitə təsir göstərmiş Dekan trapı bölgəsində (indiki Hindistanda yerləşir) vulkan püskürməsi 66 milyon il əvvəl dinozavrların kütləvi şəkildə məhv olmasından xeyli əvvəl baş verib.

Vulkanik qazın dəqiq bir yayılmasını müəyyənləşdirmək üçün tədqiqatçılar qrupu qlobal temperaturun dəyişməsini və dəniz qalıqlarındakı karbon izotoplarının mövcudluğunu müqayisə edib.

Alimlər meteorit düşməmişdən uzun müddət əvvəl karbon qazının çox olduğu qənaətinə gəliblər. Vulkanik aktivlik qlobal temperaturun tədricən iki dərəcəyə qədər yüksəlməsinə səbəb olub, lakin kütləvi şəkildə ölüm olmayıb. Elm adamlarına görə, bəzi növlər şimal və cənub qütblərinə köçüb, lakin asteroidlə toqquşmadan xeyli əvvəl geri dönüblər.

Buna görə də meteorit zərbəsi dinozavrların ölümünün yeganə səbəbidir.

Eyni zamanda, mütəxəssislər öz nəticələrində səhvlərin olacağını etiraf edirlər və əsaslı sübutlar olduqda fikirlərini yenidən nəzərdən keçirməyə hazırdırlar.

Əvvəllər arxeoloqlar ABŞ-ın Yukatan yarımadasındakı qədim Çiksulub kraterindən götürülmüş torpaq nümunələrini analiz edbilər. Bunun ardınca canlı aləmin 75%-dən çoxunu məhv edən asteroidin düşməsindən sonrakı ilk saatları modelləşdiriblər. Alimlər diametri on kilometr olan asteroidin saniyədə 25 kilometr sürətlə Yerin atmosferinə girdiyini deyirlər. Və bildirirlər ki, toqquşma zamanı baş verən partlayışı dünyanın bütün nüvə silahlarının birlikdə partlayışı ilə müqayisə etmək olmaz. 

Məqalədə : dinozavr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
338

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
294

XİN-də iki yeni idarə yaradılıb

05

May
12:27
SİYASƏT
389

"Space"ə yeni rəhbər təyin olundu

05

May
12:22
ÖLKƏ
445

Gürcüstan baş naziri Azərbaycanda

05

May
12:13
ÖLKƏ
431
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 08:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru