Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2019
12:12
Qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Lexus RX 330" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağın söykənəcək və yük hissəsində xüsusi hazırlanan gizli saxlanc yerində, ön şitində gömrük nəzarətindən gizlədilən 13 ədəd "Samsung A10S", 16 ədəd "Redmi Note 7", 3 ədəd "Redmi Note 8 Pro", şəxsi yoxlama zamanı isə vətəndaşın bel nahiyyəsindən 3 ədəd "Redmi Note 7" markalı mobil telefonlar, eləcə də mobil telefonlar üçün qutu və aksesuarlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə : mobil telefon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yeni Nəbatat bağı salınacaq

22

İyun
16:53
ÖLKƏ
601

Köçəryan seçkilərə etiraz edəcək

22

İyun
15:33
DÜNYA
593

Kəlbəcərə 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

22

İyun
15:13
İQTİSADİYYAT
598

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
542

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
618

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
628
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2021 08:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru