Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2019
14:27
Nikotin asılılığının yeni təhlükəsi müəyyən edilib

Siqaret çəkmə, şizofreniya və depressiyanın inkişafına kömək edir, bu psixi pozğunluqların inkişaf riskini demək olar ki, iki qat artırır. FaktXeber.com-un verdiyi məlumata görə, britaniyalı genetiklərin bu barədə araşdırması "Psychological Medicine" jurnalında dərc edilib.

Alimlər İngiltərədəki yarım milyondan çox insanın DNT-sini təhlil ediblər. 

Məlum olub ki, şizofreniya və depressiya olan insanlar elmi təcrübənin digər iştirakçılarına nisbətən daha çox siqaret çəkirlər.

Bundan əlavə, nikotin asılılığı olan britaniyalılar siqaret çəkməyənlərə nisbətən iki dəfə çox şizofrenik olublar və iki dəfə xroniki depresiyaya düşmə halına gəliblər.

Genetiklər nikotinin serotonin və dopamin - beyndəki ən vacib siqnal molekullarının fəaliyyətini pozduğu nəzəriyyəsini irəli sürüblər. Qeyd edək ki, bu adı çəkilən maddələr şizofreniya və depressiyanın inkişafında iştirak edirlər.

Məqalədə : nikotin siqaret tütün 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1176
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru