Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
11:59
Qadın din xadimlərinə ehtiyac getdikcə artır

"Bu gün Azərbaycanda məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur. Gələcəkdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi dinimizə və Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır. Bu, praktikada hələlik tətbiq olunmur".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Azərbaycanda din sahəsində çalışan və indi də icma rəhbəri olan xanımlar var: "Bizim qadınların bu və ya digər dini xarakterli məclislərində iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstutunda da kadrların hazırlığı aparılır".

M.Qurbanlının sözlərinə görə, xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak və idarə edə bilər: "Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Dövlət Komitəsi, həm də QMİ tərəfindən müzakirə olunur. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir".(Report)

Məqalədə : Mübariz Qurbanlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
115

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
282

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
260
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 16:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru