Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
14:34
5036
Zülfüqar Mikayılzadəyə verilən hökm ağırlaşdırılıb

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun -  Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, 12 nəfərdən 11-i ilə bağlı hissədə hökmə heç bir dəyişiklik etməyib. Yalnız Z.Mikayılova aid hissədə dəyişiklik olub. Ona verilmiş 17 illik həbsin müddətinə toxunulmasa da, bu, cəzanın çəkilmə rejimi dəyişdirilib.

Belə ki, birinci instansiya məhkəməsinin hökmündə Z.Mikayılovun cəzasını ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulması barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarında isə xüsusi rejimdə çəkilməsi qeyd olunub.

Məqalədə : Zülfüqar Mikayılzadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 16:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com