Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

17 Dekabr

2016
11:11
1869
Ziya Məmmədovun adının hallandığı otelin tikintisindən imtina edildi - FOTO

Trump Organization kompaniyası Azərbaycanda və Gürcüstanda  yeni otelllərin  layihəsindən imtina edib. Buna səbəb kimi  ABŞ-ın seçilmiş prezidenti Donald Trampın bu ölkələrdə kommersiya və dövlət  maraqlarının ehtimal olunan konfliktlərinin qarşısını almaq göstərilir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Associated Press xəbər yayıb.

Onun məlumatına görə, hər iki layihədə Trump Organization-ın müttəfiqləri kimi  adı çəkilən ölkələrdə hökumətlə bağlı  simalar və kompaniyalar iştirak edib. Söhbət Azərbaycanda Nəqliyyat naziri Ziya Məmmədovun oğlunun müttəfiq olduğu oteldən gedir. Gürcüstanda isə Trmpın kompaniyası  ABŞ-ın seçilmiş prezidentinin bu gün dəstəkləmək istəmədiyi şəxslərin əlaqədə olduğu göydələnin tikilişində iştirak edib. 

Milyarderin  hüquqşünasları isə öz növbəsində AP-ə bəyan ediblər ki, Azərbaycan və Gürcüstanda sözügedən kompaniyalar sazişin bütün şərtlərini yerinə yetirə bilməyib. 

Tramp Trump Organization ailə şirkətinin  prezidenti və icraçı direktorudur. Digər üç vitse prezident isə qızı İvanka, oğulları Erik və Donalddır. ABŞ-ın seçilmiş prezidenti bundan əvvəl bəyan etmişdi ki, Ağ Evdə vəzifəyə başladıqdan sonra  biznesdən uzaqlaşacaq və ailə şirkətini uşaqlarına verəcək.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com