Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
15:24
Ziya Məmmədov: `Yalan yazırlar, böhtan atırlar`

"Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”.

Faktxeber.com məlumat verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında sabiq Nəqliyyat naziri Ziya Məmmədov söyləyib.

Onun sözlərinə görə, onun haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib: "Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu işlə məşğul olmamalıdır. Niyə bunu yazırlar, onu onların özündən soruşmaq lazımdır. Bunu məndən niyə soruşursuz, onlardan soruşun ki, niyə böhtan yazırlar?"

"Hazırda nə işlə məşğul olursuz və ölkədən getmək fikriniz varmı? sualına isə keçmiş nazir belə cavab verib: "İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”.

Xatırladaq ki, son günlər dövrü mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyardlarının müsadirə olunacağı ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalarda iddia olunur ki, bundan narahat olan keçmiş nazir ölkəni tərk etməyə hazırlaşır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ziya Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 00:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com