Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Noyabr

2017
11:08
1431
Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirib: prezident girov götürülüb FOTO-VİDEO

Zimbabvedə hərbçilər ZBC Dövlət  teleradio kompaniyasının binasını nəzarətə götürüb. FaktXeber.com-un məlumatına görə, bu barədə Nehanda radiostansiyası  xəbər yayıb.

Bildirilir ki, hərbçilər binaya girib çıxanları yoxlayırlar. Radiostansiyanın  məlumatına görə, ZBC-nin bəzi əməkdaşları hərbçilər tərəfindən döyülüb. Bundan başqa kanalda verilməli olan xəbərlər proqramı  musiqi ilə əvəzlənib.

Zimnews portalı isə bildirir ki, paytaxt Xararedə partlayış səsləri eşidilib, lakin onların mənbəyi bilinmir.

Bundan başqa bildirilir ki, Zimbabvenin hərbi hissələrindən  Xarare istiqamətinə  zirehli  texnika kalonu hərəkət edib.

Röyters-in məlumatına görə, hərbçilər prezident Robert Muqabenin  ətrafında olan «caniləri» dayandırmaq məqsədilə  hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.


Ordu nümayəndəsi telemüraciət zamanı bəyan edib ki, prezident Robert Muqabe və ailəsi təhlükəsizlikdədir.

Bununla belə, News24 portalı bildirir ki, hərbçilər ölkə prezidenti Robert Muqabeni və mühafizəçilərini girov saxlayırlar. Bildirilir ki, Muqabe istefaya getməyə hazırlaşır, həmçinin o, həyat yoldaşının ölkəni tərk etməsi üçün ordu ilə razılığa gəlib.

Onlar zirehli maşınlarda  əsas dövlət binalarına, parlament və limanlarda gəmilərə olan girişi bağlayıblar.

Bundan başqa Zimbabvenin  maliyyə naziri  İqnatius Çombo saxlanılıb. O da hakim partiyanın rəhbərliyindədir.

Qeyd edək ki, 93 yaşlı Robert Muqabe 37 ildir ki, hakimiyyətdədir. Noybarın əvvəllərində Muqabe hakimiyyətdə özünün ən real sələfi olan və hərbçilərin dəstəyini alan müavini Emmerson Mnanqaqvanı qovmuşdu. Bir neçə gün əvvəl Baş Qərargah rəisi  Konstantin Çivenqa  prezidentə Mnanqvanın çıxarıldığı hakim partiyada siyasi təmizliyi dayandırmağa çağırmışdı.

Məqalədə : Zimbabve 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru