Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Fevral

2017
14:13
1049
Zeynəb Xanlarovadan döyüş çağırışı: Gəlin müharibə edək...

“Neçə illərdir ki, Milli Məclisdə hamı çıxış edir. Bəs bu çıxışlar hara gedir? Özümüz deyib, özümüz eşdirik”. 

Bunu Milli Məclisin iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib. O bildirib ki, Azərbaycan mütləq müharibə etməlidir: 

“Gəlin müharibə edək, erməniləri qıraq. Bizimkilər onsuz qırılır da... Baxaq görək, atəşkəs dövründə nə qədər şəhid vermişik?!”-deyə Zeynəb Xanlarova bildirib. 

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqları ona çatmır:

“Bu danışıqlardan sonra nə dəyişir?! Heç nə. Gəlin birdəfəlik müharibə edək də. Ermənilər bizim torpağı işğal ediblər. Bura bizim evimizdir, onlar evimizə giriblər. Gəlin müharibə edib onları məhv edək. Kim nə deyə bilər ki? Biz öz torpağımız uğrunda vuruşuruq”. 

Zeynəb Xanlarova bildirib ki, 25 ildir aparılan sülh danışıqları heç bir nəticə vermir: 

“25 ildir ki, məsələ müzakirə olunur, amma atalar demişkən dəyirman öz işindədir. Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər şəhid mənim övladım kimidir. Nə vaxta qədər dözməliyik axı?! Nə qədər Xocalı haqqında danışmalıyıq?!”. (modern.az)

Məqalədə : Zeynəb Xanlarova 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru