Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 İyun

2017
14:29
331
Özbəkistan həccə getmək istəyən zəvvarlar üçün güzəştlər tətbiq etdi

Özbəkistan Müsəlmanları İdarəsi hökumətin müvafiq qərarına uyğun olaraq 2017-ci ildə Həcc ziyarətinə getməyə hazırlaşan zəvvarların online-qeydiyyat sisteminin tətbiqinə başlayır.

FaktXəbər-in "Sputnik"ə istinadən məlumatına görə, bu gün elan olunan qərar Həccə getmək istəyən insanların siyahısının obyektivlik və sosial ədalət prinsiplərinə uyğun hazırlanması, həmçinin ziyarətin təşkili üçün müəyyən edilən qaydalara ciddi əməl olunması məqsədilə qəbul edilib.

Hökumət, eyni zamanda, zəvvarların tibbi müayinəsinin bütün etaplarını pulsuz həyata keçirməyi qərara alıb. “Özbəkistan hava yolları” milli aviakompaniyasına zəvvarlar üçün aviabiletlərin qiymətini ucuzlaşdırmaq tapşırılıb.

2017-ci ildə Özbəkistandan Səudiyyə Ərəbistanına gedəcək zəvvarların ümumi kvotası 2016-cı illə müqayisədə 20 faiz artırılaraq 13,2 min nəfərə çatdırılıb.

Məqalədə : həcc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru