Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

13 Yanvar

2017
14:28
704
Özbəkistanda həcc ziyarətinə iki dəfə getmək qadağan edilib

2017-ci ildən başlayaraq Özbəkistanda vətəndaşlar üçün iki dəfə həcc ziyarətinə getmək rəsmən qadağan edilib.

Faktxəbər-in məlumatına görə, bu barədə "Centralasian" agentliyi yazıb. 

Məlumatda bildirilir ki, ölkənin Həcc və Ümrə Tədbirləri Şurasının qərarına əsasən 2017-ci ildən başlayaraq yalnız ömründə həcc ziyarətində olmayan vətəndaşlar Məkkəyə gedə biləcəklər.

Həmçinin məlumatda qeyd eidlir ki, yeni qanun zəvvar səfərlərini təşkil edən və Məkkəyə xidməti ezamiyyət həyata keçirən şəxslərə şamil edilmir.

Qeyd edək ki, İslamda həcc ziyarəti onu yerinə yetirməyə qüdrəti çatan hər bir müsəlmana ömründə bir dəfə vacibdir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com