Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2018
14:54
Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

Özbəkistan Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) müşahidəçi statusu alıb.

FaktXəbər Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə OPEC konfransının sədri, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Məzrui xəbər verib.

Onun sözlərinə görə, Özbəkistandan başqa, Çad və Cənubi Afrika Respublikası, eləcə də Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu əldə ediblər. 

"Bizə bu gün müşahidəçi qismində qoşulmuş yeni qeyri-OPEC neft istehsalçılarına minnətdarlığımı bildirmək istərdim”, - deyə energetika naziri bildirib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Özbəkistan OPEC 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 08:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com