Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Mart

2017
11:21
719
Özbaşına dərman qəbulunun ağır fəsadları ola bilər - Diqqətli olun!

Həkim resepti olmadan apteklərdən dərman almaq olmaz.

Bunu həkim-nevroloq Vüsal Əzimov Axar.az-a dərmanların həkim resepti olmadan satılması və qəbulu haqda danışarkən deyib. Onun sözlərinə görə, çox insanın az qala hər gün istifadə etdiyi baş ağrısı dərmanları belə həkim resepti olmadan qəbul edilə bilməz:

“Dərmanlar xəstəliyin növünə və dərəcəsinə görə təyin olunur. Buna isə həkim nəzarət edir.

İstənilən ağrıkəsici, qızdırma, allergik, əsasən də nervoloji-psixiatrik dərmanları həkim resepti olmadan qəbul olunarsa, ölümlə nəticələnə bilər. Məsələn, allergik dərman 30 saniyə içində şok reaksiya verərək ölümə səbəb ola bilər.

Eləcə də nervoloji-psixiatrik dərmanlar müəyyən ağrıkəsici rol oynayaraq, zaman keçdikcə asılılıq yaradır və təsirini itirir.

Çoxunun gündəlik istifadə etdiyi baş ağrısı dərmanları belə özbaşına qəbul oluna bilməz. Baş ağrıları müxtəlif səbəblərdən ola bilər. Buna görə əvvəlcə həkimə müraciət olunmalı, başın hansı səbəbdən ağrıması təyin olunduqdan sonra həkimin resepti əsasında dərman qəbul olunmalıdır.

Həkimin yazdığı dərmanı başqası ilə əvəz etmək də olmaz. Əczaçı reseptdə qeyd olunmuş həkimin nömrəsi ilə əlaqə saxladıqdan sonra dərmanı başqası ilə əvəz edə bilər.

İstisna hallarda həkim olmadığı günlərdə (həftə sonları və bayram günlərində) ilkin tibbi yardım kimi qızdırma dərmanları, müvəqqəti təziq dərmanları, ağrıkəsicilər reseptsiz alına bilər.

Ümumiyyətlə isə bint, yod, şipriz, iynə, sarğı materialarının reseptsiz satışı mümkündür.

Bu cür halların baş verməsinə səbəb, aptekdə işləyən əksər insanın əczaçılıq təhsili almaması olur. Savadsız kadr bu problemin həmişə mövcud olacağına bir sübutdur”.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru