Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 İyul

2017
17:42
4042
Zakir Həsənov Qarabağda Rusiyanın Suriya təcrübəsinin tətbiqi məsələsinə işarə edib

Azərbaycan müdafiə naziri Zakir Həsənov Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib.

FaktXəbər-in məlumatına görə, Zakir Həsənov Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi apardığını bildirib və regionda Rusiyanın Suriyadakı hərbi əməliyyatlardakı təcrübəsinin tətbiqi məsələlərinin müzakirə olunduğunu deyib. 

Nazir əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan tərəfinə müvafiq məlumatlar təqdim edib. Həmin məlumatlar hazırda nəzərdən keçirilir. 

Z.Həsənov daha sonra bildirib ki, Rusiya və Azərbaycan arasında bağlanmış silah müqaviləsinin demək olar, 90%-i yerinə yetirilib: "Silahların pulunu ödəmişik. Çox kiçik məbləğ qalıb. Bütün silahlar Azərbaycanda uğurlu sınaqdan keçirilir. Bütün bunlar müasir silahlardır. Onlardan istifadə qaydalarını öyrənmişik və tətbiq edirik".

Məqalədə : Zakir Həsənov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru