Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Oktyabr

2017
10:36
2760
Zakir Həsənovun bu addımı erməniləri qıcıqlandırdı - FOTO

Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB dövlətlərinin müdafiə nazirlərinin Düşənbə şəhərində keçirilən görüşündə iştirak edib. Bu görüşdə müdafiə nazirimiz təqdirə layiq hərəkəti ilə diqqət çəkib.

Belə ki, tədbirin sonunda ənənəvi rəsmi şəkil çəkdirmə mərasimində general-polkovnik  Zakir Həsənov Ermənistanın müdafiə nazirinin  müavini Artak Zakaryanla çiyin-çiyinə dayanmaqdan imtina edib.

Azəbaycanın müdafiə nazirinin  bu addımı erməni mediasını bərk qıcıqlandırıb. Onlar bunun etiket qaydalarına zidd olduğundan şikayətlənirlər. Ermənistan KİV-ləri özlərinə təsəlli üçün bu addımı qorxaqlıq kimi dəyərləndirsələr də, aprel döyüşləri deyilənlərin əksini sübut edib.

Qeyd edək ki, Zakir Həsənov bundan əvvəl də MDB dövlətlərinin müdafiə nazirləri şurasında analoji addımı atmışdı. Həmin fotoları təqdim edirik.

(30/11/2016)

(23/12/2015)

(15/12/2016)

Yeri gəlmişkən bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev də Soçi görüşü zamanı ənənəvi foto çəkdirmə mərasimində Ermənistan prezidenti Serj Sarqsyandan kənarda dayanması ilə diqqət çəkib. 

Məqalədə : Zakir Həsənov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru