Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Mart

2017
13:51
905
Zahid Oruc Ombudsmanın məruzəsini "SOVET ÜSLUBU" adlandırdı

“İlk dəfə idi ki, bu cür şablon, terminlərlə dolu olan, sovet üslubu tipində məruzə ilə qarşılaşırdım”.

FaktXəbər-in “Report”a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu, tərif sənədi olmamalıdır: “Biz Milli Məclisdən çıxanda müxtəlif narazı insanlarla qarşılaşırıq. Dövlət Təhlükəsizliyi Xidəmtinin rəisi Mədət Quliyev çıxışlarının birində bildirdi ki, 900 Azərbaycan vətəndaşı terror təşkilatına qoşulub. Bunlar deyilməlidir. İllik Məruzədə bunlar əksini tapmalı idi. Bundan başqa, kredit borcu olan insanların problemi bu sənəddə əksini tapmayıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin etdikləri ilə bağlı nüanslara toxunmaq lazım idi. Bunların deyilməməsi millətin, dövlətin xeyrinə deyil”.

Z.Oruc qeyd edib ki, deputatlar sadə xalqın səsini ifadə etməlidirlər: “Biz tənqid edirik, vəzifədən çıxara bilməsək də, müəyyən qədər təsiri olur”.

İnsan haqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəsi qəbul olunub.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru