Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Aprel

2017
09:14
542
“Yuventus” ÇL-in 1/4 final mərhələsində “Barselona”nı məğlub edib - VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutmalı olsa da, onlardan biri keçirilib.

Belə ki, matçlardan birində Dortmund “Borussiya”sı “Monako”nu qəbul etməli idi. Ancaq almanları oyuna aparan avtobusun yaxınlığında bomba partlaması səbəbindən matç təxirə salınıb.

Qeyd edək ki, həmin hadisə zamanı "Borussiya"nın futbolçusu Bartra da yaralanıb.

Turnirin favoritləri arasında göstərilən “Yuventus” isə “Barselona” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Əvvəlcə Dibala 7-ci dəqiqədə hesabı açıb. Qonaqlar özünə gəlməyə macaq tapmamış Dibala fərqi artırıb. Argentinalı futbolçu dublunu ilk qoldan 15 dəqiqə sonra rəsmiləşdirib.

İkinci hissənin əvvəlində isə Kyellini başla dəqiq oynayb - 3:0.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru