`Yumurta ziyanlıdır` deyənlərin fikriləri təkzib olundu

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2018
15:26
6155
`Yumurta ziyanlıdır` deyənlərin fikriləri təkzib olundu

Türkiyənin Nəcməddin Ərbakan Universitetinin Göz Xəstəlikləri kafedrasının müdiri professor Əhməd Özkağnıcı, "yumurta yemək göz sağlamlığına xeyirlidir. Göz problemi olan, yetkinlik yaşındakı uşaqlar və böyüklər ortaya çıxa biləcək göz xəstəliklərini qarşısını almaq üçün gündə ən azı bir yumurta istehlak etməlidir", - deyə bildirib.

FaktXəbər-in məlumatına görə, Özkağnıcı açıqlamasında, elmi işlər nəticəsində yumurtanın göz sağlamlığına və gözdə əmələ gələn sarı nöqtə xəstəliyinə müsbət təsir göstərdiyinin müəyyənləşdirdiyini deyib.

Yumurtanın çox az məlum olan faydalarından birinin də göz sağlamlığına göstərdiyi müsbət töhfə olduğunu söyləyən Özkağnıcı belə davam edib:

"Uşaq yaşlarından etibarən tarazlaşdırılmış qidalanmanın göz sağlamlığına bir çox faydası var. Bu balanslaşdırılmış qidalanmanın içərisində də olmasa, istifadəmizdə daim yumurta olur. Yumurtanın içərisində olan protein inkişaf dövründəki uşaqların göz sağlamlığına böyük yardım edir".

Özkağnıcı yumurtanın A, B və C vitaminləri daşıdığını, A vitamininin xüsusilə gözün tor qişasındakı hissədə işıq ötürülməsində mühüm rol oynadığını, bunun çatışmazlığının isə görmə problemi yaradacağını söyləyib.

50 yaşdan sonra sarı nöqtə xəstəliyinin müşahidə edildiyini deyən Özkağnıcı, "gözdə əmələ gələn sarı nöqtə xəstəliyi daimi korluğa səbəb olur. Ancaq ilkin dövrdə müalicə edilərsə, qarşısı alınır. Bu çərçivədə yumurtanın sarısının istehlak edilməsi də bu xəstəliyin irəliləməsini qarşısını alır. Yəni bu xəstəlik riski olan xəstələrin ən azından qoruyucu olaraq bu qidadan istehlak etməsi lazımdır. Bunu qətiyyətlə tövsiyə edirəm", - deyib.

Yumurta istehlakının unutqanlığın azaldılması və ya qarşısının alınmasında da təsirli olduğunu bildirən Özkağnıcı, balanslı qidalanmaq üçün hər yaşda insanın gündə ən az bir yumurta istehlak etməsi lazım olduğunu vurğulayıb.

Yumurtanın xolesterini artırdığı fikrinin düzgün olmadığına diqqəti çəkən Özkağnıcı, həkimlərin yumurta istehlakını tövsiyə etməsi bu konsepsiyanın son illərdə dəyişdiyini də sözlərinə əlavə edib.

Məqalədə : yumurta 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 05:13



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com