Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
20:28
3371
YPG/PKK Suriyada gəncləri zorla silahlandırır

YPG/PKK terror təşkilatının Suriyanın Menbiç rayonundakı hərbi məclisi ABŞ və Türkiyənin təşkilatın rayondan çıxarılması məsələsi ilə bağlı 4 iyunda əldə etdiyi razılığa baxmayaraq, Menbiçdən olan gəncləri təhdid edərək zorla silahlandırır. 

FaktXəbər-in məlumatına görə, terror təşkilatının hərbi məclisi sosial şəbəkə hesabları vasitəsi ilə dünən yenidən 18 iyun tarixli sənədi paylaşaraq, 18-30 yaş arasındakı Menbiçli kişiləri bu ayın 20-sinə qədər təslim olub təşkilata qoşulmaları barədə xəbərdarlıq edib.

Təşkilat göstərilən müddət ərzində təslim olmayanları həbs və cəzalandırmaqla təhdid edib.

Qeyd edək ki, son zamanlar Suriya torpaqlarının təxminən 28 faizində fəaliyyət göstərən YPG/PKK terror təşkilatı işğal etdiyi bölgələrdə gəncləri zorla silahlandırır. Buna etiraz olaraq rayondakı mağaza sahibləri isə aprel ayında mağazalarını bağlamışdılar.

YPG/PKK terror təşkiları Hələbin Fərat çayının qərbində qalan Menbiç rayonunu 2016-cı ilin avqust ayında ABŞ-ın dəstəyi ilə ələ keçirmişdi.

Menbiç əhalisinin 90 faizindən çoxunu ərəblər təşkil edir.

Məqalədə : YPG PKK Menbiç Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
101

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
199

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2285
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 00:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru