Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
10:04
720
YouTube və Facebook Rusiyada bağlana bilər

Rusiyada Telegramın qadağan edilməsindən sonra digər sosial şəbəkələrin də bağlanması gündəmə gəlib. İlk dəfə digər şəbəkələrdən Twitterin bloklanması 2014-cü ildə müzakirə olunub.

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyada kütləvi informasiya və sosial mediaya nəzarət təşkilatı olan "Roskomnadzor"un direktor müavini Maksim Ksendzov mikrobloqun bir neçə dəqiqə ərzində qadağan edilə biləcəyini açıqlayıb.

Eyni təhdidlər cari ildə Facebook administrasiyasına da daxil olub. "Roskomnadzor" rəsmiləri "Fərdi məlumatlar haqqında" qanunun icrası ilə əlaqədar 2018-ci ildə sosial şəbəkədə yoxlamaların aparılacağını bəyan edib.
 
Dünyaın ən iri video paylaşım saytı olan YouTube isə artıq bir neçə ildir bağlanmaq təhlükəsi ilə üzləşib. Buna səbəb "Roskomnadzor"un bəzi səhifələrin bloklanması tələbinin yerinə yetirilməməsidir.

Məqalədə : Telegram 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 10:05

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status