Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Fevral

2017
20:19
770
YouTube-da 30 saniyəlik reklam videolarına son - VIDEO

"Google” şirkəti xəbər verib ki, 2018-ci ildə YouTube videoservisi, 30 saniyəlik reklam videolardan azad olacaq.

Qeyd etmək lazımdır ki, həmin reklam videoların işə düşməsi zaman 5 saniyə gözləmək lazım gəlir. Ondan öncə reklam videolarından əsas videoya keçid etmək olmur. Şirkət rəsmisi bildirib ki, "Google” daha çox kommersiya formatında diqqətini cəmləyəcək. Kommersiya formatı isə bir çox reklam verənlər və izləyicilər üçün daha maraqlıdır. "Biz, ümumdünya internet istifadəçilərinə reklam videolarının daha yaxşı dəstəyini reallaşdırmaq üçün çalışırıq. Bu fikir çərçivəsində artıq 2018-ci ildən başlayaraq biz 30 saniyəlik reklam videolarına son verəcəyik. Bunun yerinə biz həm istifadəçilər, həmdə reklam verənlər üçün əlverişli olacaq formata keçid edəcəyik” – deyə şirkət bildirib. Bu cür xəbərin müsbət qarşılanmasına baxmayaraq bu o demək deyil ki, şirkət bu cür reklamların hamısından imtina edəcək. Belə ki, 15-20 saniyəlik reklam videoları olduqları kimi qalacaqlar. (Technote.az)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com