Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Aprel

2014
21:13
12504
“Yoldaşımın xidmətində olmaq mənə zövq verir” - VİDEO

Bir neçə gün əvvəl Əli və Aynurənin toy mərasimi mətbuatda yayımlandı. Bu cütlüyün evliliyi bir çox insanları heyrətləndirdi. FaktXəbər olaraq, biz də toydan sonra bu cütlüyün ailəsinə baş çəkməyə qərar verdik.

Binəqədi kəndində kirayədə yaşayan Əli Qasımov gülərüzlə bizi qarşıladı. 42 yaşlı Əli 1-ci qrup əlili olmasına baxmayaraq, 25 yaşından namaz qılır. Nitqi qüsurludur, Quran oxuya bilir, hətta indiyənə kimi 28 nəfərə Quran dərsi də keçib.

Əli bildirdi ki, 6 aylıq olarkən qıcolma keçirib. Həkimin qıcolma zamanı vurduğu iynədən bu günədək əlil arabasında gəzir. O halından şikayətçi deyil, ancaq ayağa qalxması üçün ümid var. Əli deyir ki, xarici ölkələrin birində müayinə olunub və onun ayağa qalxmasına 80 faiz təminat verilib. Bunun üçünsə 70 min avro lazımdır.

Həyat yoldaşı Aynurə Qasımova onunla ailə qurduğuna görə xoşbəxtdir. Aynurə bu addımını böyük hünər saymır: “Əli böyük ürək sahibidir. Yoldaşımın xidmətindən zövq alıram və əsla yorulmuram. Əliyə hər dəfə yardım edəndə haqqımı halal etməsini istəyir. Onun gülərüz olması mənə kifayət edir.”

Dostu Sadiq Əliyev Əlinin çox sadiq yoldaş olduğunu deyir: “Hər kəsə dost demək olmur. O çox sadiq dostdur. Pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olub. Əlinin duaları bizə yardımçı olur.”

Əli kirayə qalır və hazırda dostlarının dəstəyi ilə ev tikdirir. Xahişi budur ki, ona maddi kömək etsinlər. 1-ci qrup əlil olan Əli Qasımov 65 manat pensiya alır. Ünvanlı sosial yardım almayan Əli həyata nikbin baxır.

Əliyə Qasımova yardım etmək istyən xeyirxah insanlar aşağıdakı bank rekvizitlərinə müraciət edə bilərlər:

Ölkə daxilindən pul köçürmək üçün hesab nömrəsi:

QASIMOV ƏLİ TOFİQ OĞLU

AZ16UBAZ09185523141010AZN001

UNİBANK CB

SWIFT adresi: UBAZAZ22

(Baku, AZ, Azerbaijan)

Kod: 506504

VÖİN: 1300017201

AZ46NABZ01350100000000015944

Xaricdən pul köçürmək üçün hesab nömrəsi:

GASIMOV ALI TOFIG OGLU

AZ16UBAZ09185523141010AZN001

UNİBANK CB

SWIFT address: UBAZAZ22

(Baku, AZ, Azerbaijan)

Code: 506504

TIN: 1300017201

AZ46NABZ01350100000000015944

Pərvin Zeynal/Vüqar Hüseyn

Şərhler
Eldar Xelilzade tarafından 16-04-2014 07:02:57 Tarihinde yazıldı
subhanallah
Sen cenneti qazandin bacim...... Allah sene.... artiq soz tapa bilmirem. Allah Ali qardasimiza sefa versin......
----- tarafından 17-04-2014 09:25:46 Tarihinde yazıldı
------
Heqiqeten de qadinin bu davranishi teqdire layiqdir.Halal olsun.Allah cenneti nesib edecekdir ona.Bezi qadinlar ondan ornek goturmelidirler.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru