- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxt ərazisində dayanma-durma qaydalarını pozaraq tıxaclara səbəb olan sürücülərə müraciət edib.
İdarədən Faktxeber.com-a verilən xəbərə görə, müraciətdə bildirilir ki, quruma vətəndaşlar tərəfindən paytaxt ərazisində dayanma-durma qaydalarını pozan sürücülər və onların hərəkətin intensivliyinə yaratdıqları maneələr barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.
Bu məqsədlə idarə əməkdaşları tərəfindən müraciətlərin yerindəcə araşdırılması məqsədi ilə bəzi küçə və prospektlərdə müşahidələr aparılıb. Məlum olub ki, Bakının İsmayıl bəs Qutqaşınlı, Bəxtiyar Vahabzadə (xüsusən Bakı Dövlət Universiteninin qarşısı), Şərifzadə küçələrində, eləcə də Qara Qarayev prospektlərində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur.
Müşahidələrin aparıldığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində hərəkət ikitərəfli olsa da faktiki cəmi bir zolaq işləyir. Çünki, buradakı müxtəlif şirkətlər, tibb müəssisələri və digər obyektlərin qarşısı dayanacaq kimi istifadə olunur. Avtomobillər isə səkiyə paralel yox, perpendikulyar park edildiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Qeyd etmək lazımdır ki, həmin ərazidə Yanğından Mühafizə Briqadası da yerləşir. Həmin qrumdan DYP-yə daxil olan müraciətdə küçədə qanunsuz park edilən avtomobillərə görə yanğınsöndürən avtomobillərinin normal hərəkətinin mümkünsüzlüyü qeyd olunur.
Nizami rayonu Qara Qarayev prospektində aparılan araşdırmalar zamanı məlum olub ki, gün ərzində həmin prospekt boyunca 600-dən artıq avtobus hərəkət edir. Həmin avtobusların hərəkət trayektoriyası araşdırılan zaman əksəriyyətinin eyni marşrut üzrə sərnişin daşımaqla məşğul olduqları məlum olub. Avtobuslar isə ayrı-ayrı şirkətlərə məxsus olduğundan hər şirkət ayrı-ayrılıqda interval planlaşdırır və nəticədə bəzən eyni vaxtda dayanacağa 5 avtobus daxil olur. Həmin dayanacaqlarda minik avtomobilləri park edildiyindən avtobuslar yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə sərnişindaşıma sahəsində ciddi təhlükələr yaradır. Nəzərə çatdırdığımız hallar Yasamal rayonu Şərifzadə, Bəxtiyar Vahabzadə, eləcə də paytaxtın əksər küçə və prospektlərində də müşahidə olunmaqdadır.
Sonda BDYPİ İdarəsi sürücüləri yollarda nizam-intizamlı olmağa, dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırır. Qeyd edək ki, parklanma qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə işləri yol polisi tərəfindən aparılsa da, cərimələrin tətbiqi və ciddi nəzarət mexanizminə də böyük ehtiyac var.
18-02-2019 15:24 Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ
13-02-2019 11:15 Ağdam rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib
16-01-2019 12:29 Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi
26-12-2018 09:32 Yol polisinin maşını yandı - VİDEO
17-12-2018 08:55 Yol polisi bu sürücüləri daşıyanları cəzalandıracaq
13-12-2018 10:31 Bakıda REYD - 30-dan artıq sürücü saxlanıldı
- 23-02-2019 12:22 Qadının məhkum ərinə heroin keçirmək istədi
- 23-02-2019 11:50 Bir gündə axtarışda olan 26 nəfər saxlanılıb
- 23-02-2019 11:28 Ötən gün yol qəzalarında 7 nəfər xəsarət alıb
- 22-02-2019 14:13 Sabirabadda mikroavtobus qəzası: ölən və yaralananlar var - FOTO
- 22-02-2019 14:08 Bakıda sərnişin avtobusu yanıb - FOTO
- 22-02-2019 12:13 DYP rəsmisi Sumqayıtdakı qəzadan danışdı
- 22-02-2019 10:30 Ombudsman postuna yeni namizəd irəli sürüləcək
- 22-02-2019 10:18 Avropa Məhkəməsi Novruzəli Məmmədova görə Azərbaycan hökümətini cərimələyib
- 22-02-2019 10:03 Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
- 22-02-2019 09:14 Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
- 21-02-2019 18:35 Sumqayıtda yol qəzasında yaralananların sayı 30-u keçib - VİDEO
- 21-02-2019 16:32 Sabunçuda məhkəmə hakimini döydülər
- 21-02-2019 12:26 Mustafa Hacılıya şərti cəza verilib
- 21-02-2019 12:15 İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçiriləcək
- 21-02-2019 12:12 "Neolit"dəki davanın çeçen səbəkarı terrorçuluqda təqsirləndirilir
- 21-02-2019 12:04 Masazırda binada yanğın olub, köməyə gələn 4 polis tüstüdən zəhərlənib
- 21-02-2019 10:22 Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
- 21-02-2019 10:11 Yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- 21-02-2019 09:07 Şəkidə canavarlar mal-qaraya hücum edib - FOTO
- 20-02-2019 15:49 "Gəncə hadisələri" haqda yazan sayt rəhbərinin məhkəməsində maraqlı faktlar açıqlanıb
- 20-02-2019 12:38 Metroda baş vermiş ölümün SƏBƏBİ məlum oldu
- 20-02-2019 11:30 "Yanar bulağ"ın yüksək təzyiqlə püskürmə səbəbi - VİDEO
- 20-02-2019 10:43 Axtarışda olan 29 nəfər saxlanılıb
- 19-02-2019 16:55 18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq - DƏYİŞİKLİK
- 19-02-2019 14:31 Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib