Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
17:26
2590
Yol polisi “Son zəng” günü reyd keçirib

Astara polisi "Son zəng" günündə məktəbliləri baş verə biləcək xoşagəlməz hallardan qorumaq üçün reyd keçirib.

“Son zəng” tədbirləri ilə bağlı olaraq məktəblərin qarşısında və ümumilikdə rayon ərazisində hərəkətin sıxlığı nəzərə alınaraq nəqliyyat vasitələrinin, həmçinin piyadaların rahat və təhlükəsiz hərəkəti məqsədilə Astara rayon polis şöbəsinin dövlət yol polisi bölməsi səhər saatlarından gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Bununla əlaqədar olaraq yol polisi əməkdaşları sürücülük hüququ olmayan məzunlara avtomobillərin verilməsinin yolverilməz olduğu ilə bağlı xəbərdarlıqlarını bildiriblər.

Eyni zamanda nəqliyyatın hərəkət sıxlığı nəzərə alınaraq piyadalara da yolu keçərkən təhlükəsizlik qaydalarına riayət etmələri, piyada keçidlərindən istifadə etmələri tövsiyə olunub. Təşkil edilən təhlükəsizlik tədbirləri sayəsində heç bir yol nəqliyyat hadisəsi baş verməsə də, edilən xəbərdarlıqlara rəğmən yenə də sürücülük hüququ olmadığı hallarda avtomobil idarə edən məzunlara, təhlükəli manevrlər edən sürücülərə rast gəlinib.

Bununla yanaşı son zənglə bağlı şagirdlərin gəzintisi üçün nəzərdə tutulmuş bəzi mikroavtobuslarda sərnişindaşıma qaydalarının pozulması hallarına da rast gəlinib.

Görülən müvafiq tədbirlərlə yanaşı dövlət yol polisi əməkdaşları valideynlərə bir daha müraciət edir ki, istər “Son zəng” tədbirləri zamanı, istərsə də sonrakı günlərdə avtomobillərin azyaşlılara etibar edilməsi qəti şəkildə yolverilməzdir.(APA)

Məqalədə : Yol polisi “Son zəng” 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1439

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1947

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2055

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2160

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1837

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
582

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
148

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1949

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
116
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 20:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru