Yol polisi ilə mübahisə edən sürücü 15 sutka həbs aldı - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
13:12
4470
Yol polisi ilə mübahisə edən sürücü 15 sutka həbs aldı - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə sürücünün yol polisinə müqavimət göstərməsini özündə əks etdirən videoya münasibət bildirib.

İdarədən bildirilib ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə : Yol Polisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 21:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com