Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

21 Dekabr

2016
15:57
556
Yerə nəhəng asteroid yaxınlaşır

FaktXəbər-in Tass-a istinadla verdiyi məlumata görə, Planetar Müdafiə Mərkəzi Yerə yaxınlaşan nəhəng səma cismi barədə xəbərdarlıq edib.  Mütəxəssislər belə təhlükələrə qarşı müdafiə planının hazırlanması və işə salınmasına çağırıblar.

Bildirilir ki, ötən il  insanlıq ümumdünya fəlakətdən xilas olub. Bu barədə az adam bilir, ancaq «Hellouin» adlı 600 metrlik asteroid Yerə yaxınlaşmasına 20 gün qalmış müəyyənləşmişdi.

«Əgər həmin asteroid  Yerə çırpılsaydı, zərbənin enerjisi  50 min  meqaton trinitrotoluola bərabər olardı. Bu da qlobal fəlakət deməkdi», deyə Planetar Müdafiə Mərkəzinin baş direktoru Anatoliy Zaytsev bəyan edib.

Müqayisə üçün qeyd edək ki, Hirosima və Naqasakiyə atılan  atom bombası 20 kiloton gücündə idi.

Beldə faciə təkrarlana bilər. Əsas təhlükə kosmosdan gəlir. 20 il ərzinhə  Yer atmosferinə müxtəlif ölçüdə 556 səma cismi daxil olub. Onların bəziləri  onlarla metr uzunluğunda olub. Kiçik ölülərinə görə, həmin obyektlərin hissediləcək qədər təhlükəsi olmayıb/

Zaytsevin  sözlərinə görə  kosmik cisimlərin Yerlə qarşılaşması  təbiət hadisəsidir, lakin fəlakətlərdən qorunmaq üçün tədbir görməmək də bağışlanmaz səhv olardı.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : Yer asteroid 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com