Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

13 Dekabr

2016
09:32
759
Yeni tikililərdə və həyət evlərində ucuzlaşma gözlənilir - EKSPERT

Tarif Şurasının bahalaşma qərarının evlərin satışına və kirayəsinə mənfi təsir edəcəyi bildirilir. Bəzi ekspertlər evlərin satışının və kirayəsinin ucuzlaşacağı qənaətindədirlər. Əksini düşünən ekspertlər də az deyil.

Ekspert Rəşad Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bahalaşmanın bazara hələ ki ciddi təsiri yoxdur: “Bazardan xəbərdar olan bir qrup ekspert hesab edir ki, son bahalaşma qiymətlərə mənfi təsir edəcək, daha çox həyət evlərinə təsir edəcək. Əksini düşünən ekspertlər də var. Mən hesab edirəm ki, bunu müəyyən etmək çox çətin olacaq. Çünki əmlak bazarında vəziyyətin pis olması hər kəsə məlumdur. Məzənnəyə görə ev alqı-satqılarının bir hissəsi təxirə salınıb. Bazarda hazırda vəziyyət ürəkaçan deiyı. Dollar ifadəsində onsuz da qiymət azalmasını müşahidə edirik. Ona görə son bahalaşmanın bazara təsiri haqqında nəsə demək çox çətindir. Təsiri olsa da, çox məhdud olacaq”.

Ekspert Qubad İbadoğlu isə bildirib ki, yeni tikililərdə sahəsi geniş olan mənzillərin satış və kirayə qiymətləri ucuzlaşacaq:

“Tarif Şurasının son qərarı ilə əhalı qrup üzrə elektrik enerjisinin və qazın tariflərinin differensiallaşdırılması və minimum ehtiyacdan yuxarı olan istehlaka görə qiymətlərin kəskin artırılması mənzil və mülk bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni tikililərdə və həyət evlərində geniş sahəli mənzillərin satış və kirayə qiymətləri daha ucuzlaşacaq. Buna müvafiq olaraq mərkəzləşdirilmiş istilik sisteminə malik olan köhnə tikili daş binalarda ekonom klass mənzillərin satış və kirayə qiymətlərində bahalaşma müşahidə olunacaq. Komunal tariflər həmçinin biznes mərkəzlərdə kirayə haqlarına artırıcı təsir göstərəcək. Mənzil bazarında baş verən qiymət dəyişiklikləri torpaq və tikinti materialları bazarında təlabatın azalmasına gətirib çıxaracaq. Bir sözlə, Tarif Şurasının son qərarı tikinti sektorunda tənəzzülü daha da dərinləşdirəcək. Məlumat üçün qeyd edim ki, 2016-cı ilin yanvar-oktyabr aylarında tikinti sektorunda istehsal keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalıb”.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com