Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

11 Yanvar

2017
14:54
635
Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur

Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər.

 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Məlumata görə, hətta bir neçə ay əvvəl nəzəri imtahan verən, lakin təcrübə imtahanından keçə bilməyənlər də rəsmi qaydada Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək təcrübə imtahanını avtomat ötürücü qutusu olan avtonəqliyyat vasitəsilə verə bilərlər. Bunun üçün imtahandan bir neçə gün əvvəl rəsmi qaydada müraciət etmək lazımdır. DYP imtahanın günü və vaxtı barədə vətəndaşa məlumat verəndən sonra imtahana qatılmaq olar. Lakin DYP həmin şəxslərin nəzərinə bir daha çatdırır ki, bu tipli sürücülük vəsiqəsi alanlar gələcəkdə mexaniki ötürücü qutusu olan nəqliyyat vasitəsini idarə edə bilməzlər. İdarə etsələr, onları 100 manat cərimə gözləyir.

 

Avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər, imtahandan uğurla keçdikdə onlara adi qaydada sürücülük vəsiqəsi verilir. Lakin bu vəsiqənin "Xüsusi qeydlər" bölməsində "avtomat t/r" sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir. (avtosfer.az)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com