Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
15:50
720
Yeni istifadəyə verilən yolda qazıntı işləri ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bir-neçə gün bundan öncə yeni istifadəyə verilən və Bakı Dairəvi-1 avtomobil yolu ilə Şərifzadə küçəsini birləşdirən avtomobil yolu ilə bağlı bəzi xəbər saytlarında məlumat gedib ki, guya bu yol yeni istifadəyə verilməsinə baxmayaraq artıq burda problemlər yaranıb, qazıntı işləri aparılır və s.  FaktXeber.com-un məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidməti məsələyə rəsmi münasibət bildirib.

"Təəsüflə qeyd etmək istəyirik ki, bəziləri bildi-bilmədi, başı çıxdı-çıxmadı əlinə telefon alıb başlayır nəsə çəkməyə, sonra sosial şəbəkələrdə paylaşır və bunu bəzi xəbər saytları məsələnin nədən ibarət olduğunu dəqiqləşdirmədən sensasiyalı bir xəbər kimi paylaşırlar. Bu üzdən biz də əlimizə kamera alıb həmin "qazıntı"nın aparıldığı yerə gəldik ki, əslində burda hansı işlərin aparıldığını sizə özümüz göstərək", - deyə AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 13:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com