Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

29 Avqust

2017
15:56
459
Yekun say açıqlandı: Bu il 4 minə yaxın şəxs müəllim oldu

Bu il 4 minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib.

E.Bağırov bildirib ki, müsabiqənin müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib.

E.Bağırov müsabiqədən narazı olanların müraciətlərinə baxılma üçün Təhsil Nazirliyində Apelyasiya Komissiyasının yaradıldığını da deyib:

"Namizəd Apelyasiya Komissiyasında uğur qazana bilmədiyi halda da müddətli əmək müqaviləsi ilə işləmək üçün şans qazanır. Həmin müəllimlərin il ərzində yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Əgər həmin müəllimin dərs dinləmələri zamanı nəticələri qənaətbəxş olsa, biz tədris ilinin sonunda onun müqaviləsini daimi etməyə hazırıq".(Trend)

Məqalədə : Müəllim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru