Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
14:14
980
Yazıçılar Birliyində “26” qalmaqalına görə iclas keçirilir

Azərbaycan Yazıçılar Birliyində (AYB) bir neçə gün öncə bağlanan, AYB-nin binasında icarə əsasında fəaliyyət göstərmiş “26” kafesi və onun ətrafında baş verən qalmaqalla bağlı iclas keçirilir.

FaktXəbər-in məlumatına görə, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, bir saat ərzində iclas haqqında geniş məlumat veriləcək: “AYB Katibliyinin iclası son günlər baş vermiş hadisələrlə bağlıdır. Məlumatı bir saat ərzində AYB.az saytında oxuya biləcəksiniz”.

Xatırladaq ki, sentyabrın 8-də “26” kafesinin bağlanması və əmlakının müsadirə olunmasına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsən rəhbərlik etmişdi. Paytaxt meri kafe rəhbərliyini iaşə xidməti obyektini “26 Bakı komissarı”nın və 100 il bundan əvvəl azərbaycanlıların soyqırımını törətmiş daşnakların şərəfinə adlandırmaqda ittiham etmişdi. O, həmçinin belə bir obyektin AYB-nin binasında fəaliyyət göstərməsindən təəssüf hissi keçirdiyini qeyd etmişdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru